ALÜMİNİUM PROFİLLƏRİNİN İSTEHSALI
2001
2023
Alumeks MMC şirkəti, 2001-ci ildən etibarən Azərbaycana ekstruziya (presləmə) üsulu ilə alüminium profillərinin istehsalına başlamışdır. İlk dövrlərdə ancaq qapi və pəncərə konstruksiyaları üçün profil istehsalına üstünlük verilsə də, sonralar daha şaxəli istehsal prosesinə keçilmişdir. Hazırda müəssisəmiz aylıq 500 ton istehsal gücü ilə, yüksək keyfiyyətlı və standartlara cavab verən 1000-dən çox çeşiddə profil istehsalı ilə Azərbaycanda ilk sırada yer alır.
HAQQIMIZDA
Məshulların keyfiyətinə, Avstriya və Almaniya istehsalı olan labarator avadanlıqlarımızda nəzarət edilir və xüsusi ölçmə cihazları vasitəsiylə sərtlik, elastiklik və kimyəvi tərkib kimi vacib göstəricilərə diqqət yetirilir. Müəssisəmizdə çalışan 122 yüksək ixtisaslı mütəxəssis, keyfiyyətli məhsulun istehsalı prosesinə tam nəzarət edir. 13 000 kv.m. ərazini əhatə edən istehsal sahəmizdə, müasir standartlara cavab verən 2 boyama sahəsi də yerləşir ki, bu da zəngin rəng çeşidli profillərin boyanmasına imkan yaradır.

İSTEHSAL XƏTTİ
YENİ
2022-ci ildə müəssisəmizdə yeni, 1200 ton gücə malik press xəttinin quraşdırılması işləri yekunlaşmışdır.
Bu yeni istehsal xətti , illik istehsal gücü 2500 ton olmaqla, bizə müştərilərimizin sifarişlərini daha operativ yerinə yetirməyimizə və artmaqda olan sifarişlərimizi tam şəkildə qarşılamağımıza şərait yaradacaq.

BOYA
SAHƏSİ
Hazırda müəssisəmizdə 2 ədəd robotlaşdırılmış boyama xətti fəaliyyət göstərir. Turkiyə və İtaliya istehsalı olan bu robotlar aylıq 350 ton məhsulu boyamağa imkan verir.
2 boyama xətti
Dünyanın boya sahəsində nəhəngləri olan Akzo Nobel, Dupont və Jotun kimi şirkətlərin istehsal etdikləri boya məhsullarından istifadə etməyimiz,
bizə yüksək keyfiyyətli, zərbəyə və iqlim dəyişikliklərinə davamlı məhsul hazırlamağımıza imkan verir.
350 TON
ÜZLƏMƏ
SAHƏSİ
2020-ci ildə quraşdırdığımız vakkum vasitəsiylə alüminium profil üzləmə xətti istənilən növ profil üzərində müxtəlif rəngli taxta effekti yarada biləcək üzləmə örtüyünün vurulmasına imkan yaradır.

Bu öz növbəsində, müştərilərimizə interyer və eksteryerlə bağlı bütün növ ideyaları gerçəkləşdirməyə şərait yaradır.

ANBAR SAHƏSİ
3000 kv.m-lik anbar sahələrimiz 1000-dən çox çeşidli yarımfabrikat və hazır məhsulu standartlara uyğun
şəkildə saxlamağımıza və müştərilərimizin sifarişlərini operativ şəkildə onlara təqdim etməyimizə imkan verir.
3000 KV.M
Qeri
İrəli
2022
Tarix
500 TON
1000+
122
aylıq istehsal gücü
çeşiddə profil istehsalı
yüksək ixtisaslı mütəxəssis
13,000 KV.M
3000 KV.M
ümumi ərazi
ambar sahəsi
QALEREYA
TƏRƏFDARŞLARIMIZ
MÜŞTƏRİLƏRİMİZ
«ALUMEKS MMC»
AZ 1029, Bakı, Azərbaycan, Böyükşor s., 2062
+994 12 567 65 51/81
+994 50 225 60 90
info@alumex.az